Qadınlar göz yaşlarını silmək üçün 78 dollara kişi kirayələyirlər

Qadınlar göz yaşlarını silmək üçün 78 dollara kişi kirayələyirlər


Yaponlardan daha bir əcaib xidmət növü. Yaponiyada ağlasığmaz bir xidmət yaradılıb. İş stresi ucbatından ağır günlər yaşayan yapon qadınlar əhvallarını yaxşılaşdırmaq üçün kişi kirayələyirlər.

Amma bu, təxmin etdiyiniz, intim xidmət məqsədilə ediən kirayə deyil. 7900 yen(78 dollar) qarşılığında kirayələnən kişilər qadınların göz yaşlarını silmək üçün nəzərdə tutulub. ‘Ikemeso’, yəni, yaraşıqlı bir kişi kirayələyən qadınlar bunun üçün sözügedən istiqamətdə ixtisaslaşmış şirkətə müraciət edir. Şirkətdə isə 7 nəfər “göz yaşı silən” kişi çalışır. Qadın 7 kişidən birini seçir. Daha sonra bu kişi stresdən qurtulmaq istəyən qadının iş yerinə gəlir.

Əgər kişinin gəldiyi əsnada qadın ağlayırsa, o, yumşaq bir dəsmalla onun göz yaşlarını silir və mehriban sözlərlə onu rahatlatmağa çalışır. Yox, əgər işlə əlaqədar stres hələ ağlamağa səbəb olmayıbsa, Ikemeso qadına ağlamağa səbəb olan sentimental bir film izlətdirir və film qurtarandan sonra da qadının göz yaşlarını silir. Ikemeso hazırda stresli çalışanlar istiqamətində fəaliyyət göstərsə də, gələcəkdə xidmət sahəsini genişləndirməyi planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...