Avropa Parlamentini kim idarə edir? – TƏHLİL

 Avropa Parlamentini kim idarə edir? –


Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə "Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" layihə daxil edilib. Bu, o deməkdir ki, da Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir.

Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edəndən sonra Azərbaycan Milli Məclisi bu qurumla əməkdaşlığın dayandırılmasına qərar vermişdi.

Bəs Avropa Parlamentinin beynəlxalq münasibətlərdəki yeri və rolu nədir?

Bir çox siyasi ekspertlər Avropa Birliyini “xristian klubu” adlandırırlar. Əslində bu fikri Avropa Parlamentinin özünə də aid etmək olar. Avropa İttifaqının ən önəmli qurumlarından biri olan Parlament əslində üzv ölkələrin xalqlarının siyasi iradəsini təmsil edir. 751 üzvü olan Parlamentin 3 ofisi var. Fransanın Strasburq şəhərində yerləşən ofis baş ofis kimi təqdim olunsa da, əslində bu, şərti məna daşıyır. Brüssel və Lüksemburqdakı ofislər də ayrılı-ayrılıqda baş mərkəz statusuna malikdirlər.

Avropa Parlamentində də Baş katiblik vəzifəsi var. Əsasən hüquqi məsələlərə baxan baş katib toplantı və plenar iclaslarda koordinasiya işlərinə cavabdehlik daşıyır. Baş ofisi Lüksemburq və Brüsseldə yerləşən Baş katibliyin rəhbəri Strasburqdakı plenar müzakirələrdə də iştirak edir. Katibliyin işçi heyəti 5 min 600 nəfərdən ibarətdir. Avropa Parlamentinin hazırkı baş katibi almaniyalı Klaus Velledir. Maraqlıdır ki, Avropa Parlamentinin indiyə qədərki 7 baş katibindən 5-i alman olub.

Avropa Parlamentinin sədri 2 il yarım müddətinə mandatla seçilir. Sədr fəaliyyət müddətində Aİ-nin xarici və daxili məsələlərinə, eləcə də orqanların fəaliyyətinə nəzarət edir. O, 14 müavinilə birgə Avropa Parlamentinin plenar iclaslarını, zirvə görüşlərini idarə edir. İndiyə qədər Avropa Parlamentinin 25 sədri olub. Onlardan 7-si Almaniyanın nümayəndəsi olub, sıralamada ikinci Fransa, üçüncü isə İtaliya gəlir. Qurumun ilk sədri isə 1958-ci ildə Robert Şuman seçilib.



Avropa Parlamenti və Fraksiyalar

Avropa Parlamentinin daxilində deputatlar ölkələr üzrə deyil, müxtəlif siyasi baxışlı partiyalar üzrə təmsil olunurlar. Eyni siyasi baxışlı parlamentarilər bir fraksiyada birləşirlər. Fraksiya şəklində birləşənlər ümumən Avropa Parlamenti deputatlarının ¼-ni təşkil edir, yəni təxminən hər fraksiyada 25 nəfər olur. Hazırda Avropa Pralemtində 7 fraksiya mövcuddur. Fraksiyaya qatılmayan millət vəkilləri də var ki, onlar ‘‘fraksiyasız“ statusu daşıyırlar. AP-də 271 deputatla Avropa Xalq Partiyası (‘‘Xristian Demokratlar”) əsas söz sahibidir. Buradan da aydın görünür ki, Avropa Parlamentində xrisitan amili başlıca kriteriya kimi əhəmiyyət daşıyır.

Almaniyanın AP-də bütün partiyalardan 99 təmsilçisi var. Bu faktor da Almaniyanın qurum üzərində patronajlığını sübut edir. İkinci sırada isə 74 millət vəkili ilə Fransa gəlir.

Avropa Parlamentinin tərkibində fəaliyyət göstərən komitələrdə də Xristian Demokratlar əsas qüvvədir. Avropa Parlamentinin 20 komitəsindən 10-u onların (Avropa Xalq Partiyasının) rəhbərliyi altındadır. Misal kimi Xarici Əlaqələr, Büdcə, Sənaye, Energetika, Regional İnkişaf, Mədəniyyət və Təhsil, Hüquq, Konstitusiyaya Nəzarət komitələrini göstərə bilərik.

Buradan aşkar görünür ki, Aİ ilə bərabər onun siyasi-qanunverici orqanı olan AP-nin də təməl konsepsiyasında xristian təəssübkeşliyi durur.

Parlamentin xüsusi əhəmiyyət daşıyan regionlarla (Avropa, Qərbi Balkan, Türkiyə, Rusiya, Şərq Tərəfdaşlığı ölkələri, Mərkəzi Asiya və Monqolustan, ABŞ) əməkdaşlıq üzrə şöbələrinə də əsasən Almaniyanın təmsilçiləri rəhbərlik edirlər.

Bütün qeyd olunan arqumentlər Avropa İttifaqı, eləcə də onun Parlamentində xristianlıq amilinin əsas özül təşki etdiyini ortaya qoyur. Habelə, Fransanın, ələlxüsus Almaniyanın əsas lokomativ olduğunu, onların izni olmadan heç bir siyasi və hüquqi qərarın verilmədiyinin şahidi oluruq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...