Məmmədyarova DYP-də yüksək vəzifə verildi

Məmmədyarova DYP-də yüksək vəzifə verildi


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə (İLİİ) yeni rəis təyin olunub.

Lent.az-ın Report-a istinadən verdiyi məlumata görə, idarə rəisi Məhəmməd Məmmədov vəzifədən azad edilib. Buna səbəb M.Məmmədovun təqaüd yaşına çatması göstərilib. Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib.
M.Məmmədyarov bundan əvvəl BDYPİ-də tağım komandiri vəzifəsində çalışıb.

Gundeminfo.az qeyd edir ki, Mahir Məmmədyarov bundan əvvəl DYP-nin Saray postunda tağım komandiri vəzifəsində işləyib. Onun digər bir qardaşı Vüqar Məmmədyarov isə hazirda Şirvan Regional İmtahan Qeydiyyat İdarəsinin rəisidir. Məmmədyarovlar əslən Salyan rayonundandırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1982 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...