Azərbaycan yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır
Müdafiə Sənayesi Nazirliyinin (MSN) konstruktor büroları yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır.
MSN-in "ADEX 2016" beynəlxalq müdafiə sərgisindəki stendindən APA-ya verilən məlumata görə, MSN "ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində 2 növ yeni snayper tüfəngini nümayiş etdirir. Nümayiş olunan iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.
NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 900 sm, qundaq yığılanda isə uzunluğu 1 m 600 sm-dir. Tək atışlı sistemə malikdir, darağı 5 güllə tutur. Snayper tüfənginin alov boğanı var ki, atəş zamanı geri təpməni 50% azaldır. Optik nişangahı yerli məhsuldur. NST snayper tüfəngi sıfırdan MSN-in müəssisəsində hazırlanıb.
Sərgidə nümayiş olunan 2-ci yeni snayper tüfəngi "Vaşaq"dır. "Vaşaq" snayper tüfənginin atış məsafəsi 1500 m-dir. Stenddən onu da bildiriblər ki, MSN növbəti sərgiyə daha çox çeşidlə - yeni növ snayper tüfəngləri və yaradılmış snayper tüfənglərinin təkmilləşdirilmiş versiyaları ilə qatılacaq.
858 dəfə oxundu