Nemət Pənahlı yenə saxlanıldı

Nemət Pənahlı yenə saxlanıldı

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Allahverdiyev Əbülfəz bu gün günorta saatlarında saxlanılıblar. Buna səbəb Pənahlı ilə eyni binada yaşayan AXCP sədri Əli Kərimli ilə bağlı keçirilən növbəti aksiya olub.

Bu barədə müsavat.com-a Nemət Pənahlının bacısı oğlu Qoşqar Bəylərov məlumat verib. O, dayısının saxlanılması ilə bağlı bunları deyib: "Hər gün Əli Kərimli ilə bağlı binanın önündə bir qrup insan aksiya keçirir. Dayım onlara etiraz edib və deyib ki, hər gün burada nə üçün qışqırırsız, gedin Əli Kərimlinin partiyasının önündə qışqırın, evimdə xəstə var, onu narahat edirsiniz".

Onun sözlərinə görə, bu zaman dayısını polis bölməsinə aparıblar: "Hazırda o, 21 saylı Nəsimi polis bölməsindədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...