“Rusiya Azərbaycana silah satmağa davam edəcək" FOTOLAR

“Rusiya Azərbaycana silah satmağa davam edəcək"


“Rusiya Azərbaycana silah satışını davam etdirəcək”. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bəyan edib. O bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək. “Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb. Bunun bilavasitə ötən gün Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından dolayı narazılığına cavab olduğunu söyləmək olar.

2015-ci ilin əvvəllərindən məlum olub ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın “Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək. Müqaviləyə əsasən, həmin tarixə qədər Azərbaycana 3 batalyon T-90C tankı və eyni sayda BMP-3 hərbi piyada maşınlarının göndərilməsi nəzərdə tutulur. Eyni zamanda özüyeriyən artilleriya qurğusu divizionu, yaylım atəşli reaktiv sistem divizionu və ağır odsaçan sistemlərin çatdırılması da həyata keçiriləcək.
“Rusiya Azərbaycana silah satmağa davam edəcək"


Azərbaycan tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınları, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınlarını almaqda davam edəcək.
“Rusiya Azərbaycana silah satmağa davam edəcək"

Bu, Rusiya və Azərbaycan arasında silah müqaviləsi ilə bağlı ilk iri paket deyil. 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrinə və digər güc strukturlarına ümumi məbləği 3 milyard dollar həcmində S-300PMU-2 zenit-raket sistemləri, bir neçə “Top2ME” zenit-raket kompleksi, 60 ədəd Mi-17 nəqliyyat helikopteri, 24 həmlə helikopteri verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...