Hərbçi qadınların ehtiyatda olma yaş həddi LƏĞV OLUNDU

Hərbçi qadınların ehtiyatda olma yaş həddi
Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunub.

Gundeminfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanunlara edilmiş dəyişikliklə qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...