“Siyasi məhbus deyiləm, buraxın məni” - Keçmiş deputat Nazim Bəydəmirli

 “Siyasi məhbus deyiləm, buraxın məni” -
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Gundeminfo.az xəbər verir ki, haqqin.az-ın əməkdaşının verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib.

Bəydəmirlinin vəkili Aqil Lahıç bildirib ki, müdafiə etdiyi şəxsin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır: “Əsas amil Gədəbəy hadisələri olub. Müvəkkilimə qarşı irəli sürülən ittihamlar çox absurddur. 1996-cı ildə Lipetskdə baş verən hadisəyə görə adamı günahlandırmaq absurddur. Müvəkkilim cinayət işində təqsirləndirilən şəxs olmasa da, mühakimə olunur. Nazim Bəydəmirlinin Ədalət Bağırovla mənimsəmə və vergidən yayınma ilə bağlı məhkəmə çəkişmələri var. Müvəkkilim cəmiyyətdə tanınan şəxsdir, ziyalıdır”.

 “Siyasi məhbus deyiləm, buraxın məni” -

Bəydəmirli bildirib ki, o, siyasi məhbus deyil

Daha sonra Bəydəmirlinin özü çıxış edib, o, heç bir cinayət törətmədiyini bildirib: “Mən Ədalət Bağırovdan heç nə tələb etməmişəm, həbsini istəməmişəm. Mən sadəcə ona başa salmaq istədim ki, biz tərəfdaşıq və səhmlərin 30 faizi mənə məxsusdur. Bundan müstəntiqin də xəbəri var idi. Mən Bağırovu hədələməmişəm, təhqir etməmişəm və videosunu yaymamışam. Sadəcə olaraq bu şəxslə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etdim”.

Təqsirləndirilən şəxs siyasi məhbus olmadığını da bildirib: “Adımdan istifadə etməyə ehtiyac yoxdur. Mən siyasi məhbus deyiləm, heç bir siyasi qüvvəyə mənsub deyiləm, siyasi fəaliyyətə görə həbs olunmamışam. Məni ancaq ekoloji məhbus adlandırmaq olar, bəlkə də Gədəbəydəki çıxışlarım kiminsə xoşuna gəlməyib. Müəyyən qrupların mənim adımdan istifadə etməsini istəmirəm. Mən iqtidardan da, müxalifətdən də eyni dərəcədə uzaqlaşdırılıram, dövlətə, vətənə bağlıyam. Mənim işimə qətiyyən baxılmasın, əgər baxırsansa, istintaqın aparılmasını istəyirəm, mənə günahsızlığımı sübut etmək imkanı ver. Sizdən xahiş edirəm ki, həbsim alternativ həbs-qətimkan tədbiri ilə əvəz olunsun”.


Məhkəmə Bəydəmirlinin vəsatətini təmin etməyib. Vəsatətlərdən biri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, ikincisi isə iddia edilən cinayət işi üzrə iddia müddətinin başa çatması ilə bağlı olub. Vəkilin sözlərinə görə, cinayət işində iddia edilən cinayət 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir.

Məhkəmə prosesi mayın 13-nə təyin edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Mürsəl İbrahimov və Ədalət Bağırov tanınıb.

Xatırladaq ki, keçmiş deputat Nazim Bəydəmirli ötən ilin iyulunda həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir vətəndaş polisə müraciət edərək Beydəmirlinin ondan 50 min manat pul tələb etdiyini, əks halda iş adamının vətəndaşın ünvanına böhtan xarakterli kadrları yayacağı ilə hədələyib. Şikayətçinin sözlərinə görə, bu il iyunun 24-də eks-deputata 10 min manat təhvil versə də, onu hədələməkdə davam edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...