“Simonyan artıq bütün qırmızı xətləri keçib” – Matvienko

“Simonyan artıq bütün qırmızı xətləri keçib” –
Ermənistan parlamentinə Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matvienkonun adından erməni həmkarı Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı göndərilmiş Federasiya Şurasından sorğu daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat katibi Nelli Qulyan məlumat verib.
“Ermənistan Parlamenti Rusiya Federasiya Şurasından məktub alıb”, - deyə mətbuat katibi bildirib.
Belə ki, Avropa İttifaqı (Aİ) parlament sədrlərinin konfransında çıxış edən Simonyan Rusiyanı Ukraynanı işğal etməkdə ittiham edib və Ermənistanın Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini bildirib.
Matvienko senatorlara bu bəyanatlarla bağlı sorğu göndərməyi tapşırıb və bu cür rusofobik çıxışı diqqətdən kənarda saxlamağın qeyri-mümkün olduğunu vurğulayıb.
Palata sədrinin sözlərinə görə, bununla o, artıq bütün qırmızı xətləri keçib.
Öz növbəsində, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin qeyd edib ki, rusiyalı senatorlar Simonyanın sözlərini Kiyevdəki neonasist rejimlə birbaşa həmrəylik kimi qiymətləndirirlər. O vurğulayıb ki, Moskvanı Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim etmək cəhdləri də heç bir tənqidə sığmır. Federasiya Şurasının Komitəsinin rəhbəri xatırladıb ki, Rusiya və Ermənistan 1997-ci ildə imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsində, XXI əsrə yönəlmiş Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannamədə təsbit olunduğu kimi müttəfiqdirlər, İrəvan isə KTMT və Avrasiya İqtisadi Birliyinin üzvüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...