Ermənilər Rasim Musabəyovun Başkəndi Ermənistana vermək təklifini alqışladı

Ermənilər Rasim Musabəyovun Başkəndi Ermənistana vermək təklifini alqışladı
İTV-nin “Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?” materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.

Belə ki o, açıqlamasında bildirib: “İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”.

Gundeminfo.az musavat.com"a istinadla xəbər verir ki, ermənilər Rasim Musabəyovun Başkəndi Ermənistana vermək təklifini dərhal manşetlərə daşıyıb, alqışlayıblar. Bu barədə məlumat paylaşan erməni mediası və teleqram kanalları bildiriblər ki, Musabəyov Ermənistana Başkənd anklavının verilməsi ilə bağlı “konstruktiv və ədalətli” təkliflə çıxış edib.

Ermənilər onu da qeyd ediblər ki, Başkənd Gədəbəy rayonu ərazisində yerləşir, lakin əvvəllər Azərbaycan SSR ərazisində Ermənistan SSR-in anklavı sayılırdı.

Məlumat üçün bildirək ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...