Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 24 aprel 2024-cü il tarixli, AİNDX/SQ-748/2024 nömrəli qərarına əsasən ləğv olunub.
Bildirilir ki, Sosial Tədqiqatlar Mərkəzinə maşın və avadanlıqların satın alınması üçün keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.
Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur.
Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.
Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.
Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi İdarə heyətinin sədri millət vəkili və bu ilin fevral ayının 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində namizəd olan Zahid Orucdur.
516 dəfə oxundu