Amerikalı hərbçi Rusiyada saxlanıldı

  Amerikalı hərbçi Rusiyada saxlanıldı
Vladivostokda amerikalı hərbçi Rusiya qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ-dən olan adı açıqlanmayan üç məmura istinadən məlumat yayıb.
“Həftə sonu Rusiyada ABŞ hərbçisi saxlanılıb. O, oğurluqda ittiham olunur, lakin bu ittihamların nə dərəcədə doğru olduğu aydın deyil”, - telekanal sözügedən məmurlardan birindən sitat gətirib.
Qeyd olunur ki, amerikalı baş serjant Qordon Blek Cənubi Koreyada Amerika kontingentinin tərkibində xidmət edib və öz təşəbbüsü ilə Rusiya ərazisinə gedib.
“İzvestiya” mənbəsi ABŞ hərbçisinin qadını döyərək ondan 200 min rubl oğurladığına görə saxlanıldığını bildirib. Nəşrin həmsöhbətinin sözlərinə görə, amerikalı əsgər internetdə Vladivostok sakini ilə tanış olub və bir müddət onunla yaşayıb.
“Bir müddət sonra ona qarşı zorakılıq edib və qadının evindən 200 min rubl, həmçinin spirtli içki oğurlayıb”, - mənbə bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məsələ barədə məlumatlı olduqlarını bildirib.
“Hazırda bu barədə çox danışa bilmərəm, ümid edirəm ki, bunu başa düşürsən?” – o, jurnalistin sualını belə cavablandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...