Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? - İlginc iddialar

Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? -
Son zamanlar Azərbaycanda plastik, estetik cərrahiyə əməliyyatı ilə məşğul olan həkimlərin sayı sürətlə artıb.

Plastik cərrahiyə dedikdə ilk vaxtlar estetik əməliyyat deyəndə, daha çox rinoplastika - burun əməliyyatları ağıla gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Bədən şəkilləndirmə əməliyyatı – bədən konturları estetikasının bərpasına yönəlmiş plastik cərrahiyyə əməliyyatları da Azərbaycanda çox genişlənib.

Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdə bu əməliyyatları həyata keçirən həkimlərin bir hissəsinin Səhiyyə Nazirliyindən lisenziyaları yoxdur.
Günü-gündən artan plastik, estetik cərrahların bir çoxlarının qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəfələrlə ölkə mətbuatında məlumatlar dərc edilir. Səhiyyə nazirliyi tərəfindən lisenziyasız fəaliyyət göstərən cərrahlara hər il xəbərdarlıqlar edilir.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə lisenziyasız plastik-estetik cərrahiyə əməliyyatı ilə məşğul cərrahlardan biri də Səlim Rəhimovdur.Müxtəlif özəl klinikalarda plastik-estetik cərrahaiyyə əməliyyatı ilə məşğul olan Səlim Rəhimovun rəsmi lisenziyasının olmadığı iddia edilir.

Bildirək ki, bir neçə ay öncə Rusiyadan Azərbaycana gələrək ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Yeketerina adlı qadın plastik- cərrah Səlim Rəhimovla bağlı prokurorluğa şikayət etdi. Yeketerina bildirib ki, onun əməliyyatını yaxşı etməyən plastik- cərrah Səlim Rəhimov Rauf oğlu əvvəl Rusiyada yaşayırdı: "O, məni əməliyyat etdi. Əməliyyatım 8 saat çəkdi. 13 saat narkozda qalandan sonra ayılmışam. 10 aydır ki, əməliyyat olunmuşam. Ancaq əməliyyatdan sonra problemlərim yaranıb. Hazırda Səlim Rəhimov problemləri olduğu üçün Rusiyadan Azərbaycana qaçıb. Mən Azərbaycana gəlmişəm ki, ondan hüquq mühafizə orqanlarına şikayət edim".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 65-3.1-ci maddəsinə əsasən, Azərbaycanda tibbi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.

Xatırladaq ki, ötən həftə Baş Prokurorluq və Səhiyyə Nazirliyi tərəfindən birgə aparılan araşdırmada qanunsuz estetik cərrahiyyə ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...