Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıb

  Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıb
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Dövlət Neft Fondundan bildirilib.

Məlumata görə, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur:

“Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...