Şadlıq evlərində oğurluq: toy sahibləri necə aldadılır? - Açıqlama

Şadlıq evlərində oğurluq: toy sahibləri necə aldadılır? -
Bölgələrdə mağar toylarının aradan qalxması və bu mərasimlərin şadlıq saraylarında təşkili rahatlıqla yanaşı, bir sıra problemlər də gətirib.
Belə ki, əksər rayonlarda toy edən şəxslər bütün ərzağı özü alıb şadlıq evinə verir. Şadlıq sarayının mətbəxinə isə öz etibarlı adamını təyin edir ki, ərzaq oğurlanmasın. Amma son vaxtlar oğurluq kimi arzuolunmaz halların sayı artıb.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında əslində bölgələrdəki toylarla müqayisədə Bakıda şadlıq saraylarında qat-qat artıq oğurluq hadisələri olduğunu bildirib:

"Müqavilə bağlayırlar və guya şadlıq sarayının zalını toy sahibinə icarəyə verirlər. Əslində məqsəd odur ki, zəhərlənmə halları olanda yaxalarını kənara çəkə bilsinlər”.
Ekspertin sözlərinə görə, toy məclisləri elə qurulur ki, qonaqlar orda çox vaxt keçirə bilmir:

“Dəfələrlə Azad İstehlakçılar Birliyinə şikayətlər olub və məhkəməyə müraciət edib vətəndaşın pulunu qaytarmışıq. Əlbəttə, qeyd etdiyim kimi toy sahibi elə bilir ki, tanışları alqoritm üzrə onlara yaxşı bir toy edir. Ancaq bilmirlər ki, bütün şadlıq evləri elə qurulub ki, qonaqlar ordan tez çıxıb getsinlər və masada çox şey qalsın. Ordakı yüksək səs, qonaqların qəbulu, keyfiyyətsiz xidmət və sair bura daxildir”.

E.Hüseynovun sözlərinə görə, şadlıq evlərində vergidən yayınma halları da var:

“Sənədləşmə işində böyük problem yaşanır. Külli miqdarda pul ödənilir, amma onun müqabilində kassa qəbzi verilmir. Bu sahədə böyük anarxiya var və dövlətin istehlakçı siyasəti zəif olduğu üçün nə desən, baş verir. Ən əcaib şeylərdən biri də odur ki, əhalinin pulunun çoxu müğənnilərə gedir. Yəni müğənnilərlə şadlıq evlərinin bir-birilə sıx əlaqələri var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...