Fironların məqbərəsində sirli yeraltı tikili aşkar edildi
Tohoku Universitetinin yapon arxeoloqları Misirin Giza şəhərində qərb nekropolunun ərazisində sirli L formalı yeraltı tikili aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Archaeological Prospection” (ArchPros) elmi jurnalında dərc olunub.
Gizanın qərb nekropolunda Firon ailələrinin üzvlərinin və Qədim Misirin yüksək vəzifəli məmurlarının məzarları var. Qəbirlərin çoxunda daşdan və ya kərpicdən düzəldilmiş düz qapaqlı yerüstü düzbucaqlı konstruksiyalar yerləşir ki, bunlar da mastaba adlanır. Amma bunun mərkəzində heç bir tikili olmayan ərazi var.
Tədqiqatçılar bu məkanı skan etmək üçün yerə nüfuz edən radar və elektrik tomoqrafiyasından istifadə ediblər. Nəticələr göstərib ki, təxminən iki metr yerin altında ən azı 10 metr uzunluğunda L formalı boşluq var. Onlar əsasən, qum və çınqılla örtülüb.
Elm adamları bunun süni bir obyekt olduğuna əmindirlər, çünki forması təbii formalaşma üçün çox müntəzəmdir.
Hazırda tapıntının olduğu yerdə qazıntılara başlanılıb. Arxeoloqlar etiraf edirlər ki, yerin altında naməlum qəbirlərə keçid və ya ritual tikili ola bilər.
460 dəfə oxundu