Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar - Cinayət işi açıldı

Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.

Gundeminfo.az prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsi məlum olub. Həmçinin meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Cinayət işi nəzarətdə saxlanılmaqla görülmüş tədbirlər, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Qeyd edək ki, daha öncə sosial şəbəkələrdə Qusar şəhər meşəsində villa tikmək üçün ərazinin satılması ilə bağlı iddialar yayılmışdı. Bunun üçün 4000-dən çox ağacın kəsilmək üçün işarələndiyi, artıq bəzilərinin kəsildiyi, köklərindən çıxardılaraq meşənin içərisində gizlədildiyi və tikinti işlərinə başlanıldığı vurğulanmışdı.

Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...