Sabirabadda “Milli–mənəvi dəyərlərin təbliğində və radikalizmə qarşı mübarizdə din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib
İyun ayının 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasında Milli –mənəvi dəyərlərimiz və müasirlik layihəsi çərçivəsində “Milli–mənəvi dəyərlərin təbliğində və radikalizmə qarşı mübarizdə din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mirzağa Hümbətov, Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasının sədr müavini Yusif Bağırov , QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon mərkəzi “Heydər məscidi” dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov dini radikalizm, dini ifratçılıq və dini ekstremist şəxslər və onlarla ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparılması barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O dini radikalizmin fəsadlarından, ənənəvi İslam dəyərlərinin radikal və ekstremist düşüncədən uzaqlaşmadakı rolu, həmçinin, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirməkdə dindarların və din xadimlərin rolundan danışıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
981 dəfə oxundu