Əflatun Amaşovdan mətbuatla bağlı təklif

Əflatun Amaşovdan mətbuatla bağlı təklif


Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov söz və mətbuat azadlığı ilə bağlı qanunlara dəyişikliklərin parlamentin İnsan hüquqları komitəsində müzakirə olunması təklifi ilə çıxış edib.

Azvision.az-ın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat bildirib ki, söz, mətbuat azadlığı, informasiya, məlumat əldə etmə ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi yönündə parlamentin İnsan hüquqları komitəsinin ayrıca iclaslarının keçirilməsinə, dinləmələrin təşkilinə ehtiyac var: "Çünki bu tipli məsələr məhz bu komitədə müzakirə olunmalıdır".

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Əflatun Amaşovun təkilifini dəstəkləyib.

Komitə sədri söz, mətbuat azadlığı, insan hüquq və azadlıqları ilə bağlı məsələləri əhatə edən qanunvericilik aktlarına dəyişikliklərin, yeni qanun layihələrinin İnsan hüquqları komitəsində də müzakirə olunduğunu və onlara baxıldığını xatırladıb.

"Əgər bundan sonra da bu yöndə məsələlər bizim komitəyə ünvanlanacaqsa, təbii ki, onlara da baxılacaq, müzakirələrdən keçiriləcək. Bu məsələdə heç bir problem görmürəm" .



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...