Daxili İşlər Nazirliyi tərcüməçi axtarır

Daxili İşlər Nazirliyi tərcüməçi axtarır


Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) nazirliyin Aparatında vakant olan 2 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.

DİN-in Baş Kadrlar İdarəsindən Trend-ə verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müvafiq ixtisas üzrə elmi dərəcəyə və tərcüməçi kimi əmək stajına malik və həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi, eləcə də xidmətin növbəliliyi baxımından kişilərə üstünlük veriləcək.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün)

Sənədlər 2016-cı ilin fevral ayının 22-dən mart ayının 22-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: 012-590-98-55;
012-590-92-37



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...