Aydın Əliyev vətəndaşlarla görüşəcək

Aydın Əliyev vətəndaşlarla görüşəcək


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 25-də saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumatda bildirilir ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...