İlham Mirzəyevin ayaqları tutulub, vəziyyəti yaxşı deyil

İlham Mirzəyevin ayaqları tutulub, vəziyyəti yaxşı deyil


Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin ayaqları tutulub.

AzVision.az xəbər verir ki, bu barədə İlham Mirzəyevin həyat yoldaşı sosial şəbəkədə yazıb. O, qeyd edib ki, son günlər bir sıra mətbuat orqanında İlham Mirzəyevin iflic olması xəbəri ilə bağlı fikirlər doğru deyil:
“Bildirim ki, həyat yoldaşımın belində olan yırtığa görə ağrıları çoxalıb və ağrılar ayaqlarına keçib. Hərəkəti məhdudlaşıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının köməyi nəticəsində vəziyyəti indi normaldır. Amma səhhətinin pisləşməməsi üçün davamlı müalicəyə eytiyac var”-deyə İlham Mirzəyevin həyat yoldaşı qeyd edib.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1073 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...