Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 57 nəfər oldu

Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 57 nəfər oldu


Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu məlumat verib. O qeyd edib ki, H1N1 virusu ilə bağlı 480 insandan götürülən qan nümunəsinin 280-də “donuz qripi” aşkarlanıb. Onlardan 57 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb. Respublikada “donuz qripi”nə qarşı ciddi tədbirlər görülür, məktəblər, bağçalar və insanların çox istifadə etdiyi nəqliyyat vasitələri və ictimai yerlər dezinfeksiya edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...