"Bank Respublika" da kredit problemləri dərinləşəcək - "Moody’s"

"Bank Respublika" da kredit problemləri dərinləşəcək -


"Moody’s" beynəlxalq reytinq agentliyi "Bank Respublika" ASC-nin uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "Stabil"dən "Neqativ"ə endirib. "APA-Economics"in xəbərinə görə, bu barədə agentliyin hesabatında qeyd olunub.

"Proqnozun dəyişməsi hal-hazırda Azərbaycanda mövcud iqtisadi şəraitdə kredit portfelinin təzyiqə məruz qalmasını əks etdirir. Manatın dəyərdən düşməsi isə bankın aktivlərinin keyfiyyətinə və gəlirliliyinə mənfi təsir göstərir. "Bank Respublika" Mərkəzi Bankın göstərişinə əsasən xarici valyutada ola kreditləri aktiv şəkildə restrukturizasiya edir. Bank hecləşdirilməmiş dollar kreditlərinin milli valyuta kreditlərinə çevirməklə öz valyuta risklərini 2015-ci il dekabrın 1-ə 28%-ə endirib. Halbuki 2014-cü ilin sonunda bu rəqəm 44% təşkil edirdi", - deyə hesabatda qeyd olunur.

Bundan başqa, analitiklər bankın problemli kreditlərinin həcminin artacağını gözləyir.

Agentlik qeyd edir ki, dekabrda baş verən manatın devalvasiyasından sonra bankın kapitallaşma səviyyəsi 3% aşağı düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...