Şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar artırılıb

Şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar artırılıb


"ASAN Xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrinin dövlət rüsumu artırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun Publika.az-a bildridiyinə görə, dəyişikliyə görə şəxsiyyət vəsiqəsini bir iş günü ərzində də almaq mümükün olacaq.

“Rüsumların artması "ASAN Xidmət"lə əlaqəli deyil. "ASAN Xidmət"də tələb olunan rüsumlar qanunvericiliklə təyin olunan rüsumlardır. 2 may 2014-cü ildə Milli Məclis tərəfindən "Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi" üçün tələb olunan dövlət rüsumlarında dəyişiklik edilib. Həmin qanun 1 dekabr 2015-ci ildə qüvvəyə minib. Burada rüsumların dəyişikliyi ilə bərabər, həm də şəxsiyyət vəsiqəsinin verilmə müddəti də azaldılıb. Yəni vətəndaşlar bir iş günü ərzində də şəxsiyyət vəsiqəsini ala biləcəklər”.

Qeyd edək ki, 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 35 manat müəyyən olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...