TƏCİLİ: Dövlət Dəniz və Liman Agentliyində yoxlama başlayır

TƏCİLİ: Dövlət Dəniz və Liman Agentliyində yoxlama başlayır
Dövlət Dəniz və Liman Agentliyində yaxın vaxtlarda maliyyə auditi aparılacaq. Tribunainfo.az xəbər verir ki, agentlik bununla bağlı tender elan edib və dünən nəticələrini açıqlayıb.

Həmin nəticələrə görə, Agentliyin 2023-cü il üzrə maliyyə hesabatlarının auditi xidmətinin satın alınması “SR AUDİT SOLUTIONS” MMC-yə həvalə olunub. Satınalma müqaviləsinin dəyəri isə 13.000,06 manatdır.

Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyinin adı bu yaxınlarda Beynəlxalq Gəmiçilik Təşkilatının “qara siyahı”sına düşüb. Təşkilat Azərbaycan gəmiçilərinin dünya standartlarına cavab vermədiyini, gəmilərin nasaz olması səbəbindən iri dəniz və okeanlarda üzməsinin mümkün olmadığını, avadanlıqlarının isə köhnə olmasını əsas gətirərək, bu addımı atdığını bəyan edib.

Görəsən, “SR AUDİT SOLUTIONS” MMC audit apararkən, Agentliyin bu neqativlərini və bu işlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlərini də araşdıracaqmı?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...