Deputat Əhliman Əmiraslanovun oliqarx oğlu: Xaloğlusuna pul atan Azər Əmiraslanovun PKK-dan ermənilərədək uzanan biznesi
Rusiya Ədliyyə Nazirliyi 44 günlük müharibə dövründə maddi və mənəvi cəhətdən erməniləri dəstəklədiyini bildirən “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı “xarici agent”lər siyahısına salıb. Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun da Moskvanın Şkulyova küçəsindəki kafesinin adı “Anderson”dur. Yəni deputatın oğlunun Ermənistana maliyyə yardımı göstərən Tatulova ilə françayzinq müqaviləsi var və buna görə ona haqq ödəyir.
Məsələ ilə bağlı ALFA.TV bildirir ki, bu Əhliman Əmiraslonovun oğlu ilə bağlı ilk qalmaqal deyil. İki il öncə Türkiyədə Azər Əmiraslanov separatçı kürd qruplaşmasının üzvləri tərəfindən oğurlanaraq sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunmuşdu. Deyilənə görə, danışıqların nəticəsi olaraq deputat oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.Azər Əmiraslanov doğmaca xalasıoğlu Vüqar Bağırovun, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızıoğlu Emin Hüseynovda olan 3,5 milyon ABŞ dollarını alaraq ona çatacaq 1 milyon 534 min dolları mənimsəyib və bu işi “razborka” “qonorar”ı kimi qiymətləndirib. O zamanlar Azər Əmiraslanovun Sloveniyadakı macəraları və Milli Məclisə aid maşın nömrələrini mənimsəməsilə bağlı dərc olunan məqalələrdən sonra, ictimaiyyətin diqqəti Əhliman Əmiraslanovun oğluna yönəlmiş və bundan sonra deputat oğluna tövsiyə etmişdi ki, qısa müddətdə biznesini ölkə xaricinə çıxarsın. Şıltaq deputat oğlu bu ata tapşırığını uğurla yerinə yetirib. Azər Əmiraslanovun Türkiyə və Rusiyadakı biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoran və kafelər daxildir. Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir.
379 dəfə oxundu