İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi: “Mexaniki” korrupsiya, yoxsa..?

İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:
Aqromexanika Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin avqust ayının 15-də “Elmi Tədqiqat xidmətləri” lotu üzrə sifarişçi olduğu növbəti satnalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 14.315, qalibi isə “AUTO MARK UA CO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“AUTO MARK UA CO” MMC 2023-cü ilin may ayının 2-də dövlət qeydiyyatına alınıb. Bu təşkilatın hüquqi ünvanı Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 2 mənzil 53, qanuni təmsilçisi isə Ələkbərova Rahilə Tahir qızıdır.

“AUTO MARK UA CO” MMC və qanuni təmsilçisi barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Aqromexanika Elmi-Tədqiqat İnstitutunda “elmi tədqiqat işləri” aparacaq “AUTO MARK UA CO” MMC-nin bu kriteriyalara cavab verəcəyi real görünmür.

İnstitutut 2022-ci ildə də şübhəli satınalma müqavilələri bağlayıb
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

Aqromexanika Elmi-Tədqiqat İnstitutu 2022-ci ildə daha 3 satınalma həyata keçirib. Bu satınalmaların ümumi məbləği 38.454 manat təşkil edib. Satınalma predmetinə və qalib elan edilən təşkilatlara diqqət etdikdə yenə də ortaya bir sıra şübhəli məqamlar çıxır.

Aqromexanika İnstitutu 2022-ci ilin avqust ayının 2-də “Dəftərxana və təsərrüfat malları” lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 6.931 manat, qalibi isə “ALFONS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“ALFONS” MMC 2022-ci ilin yanvar ayının 24-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov ev 16, mənzil 9, qanuni təmsilçisi isə Məmmədov Xoşbəxt Mirzə oğludur.

Qlobal.az-ın əldə etdiyi məlumatda 1992-ci il təvəllüdlü Xəzər rayonu, Buzovna qəsəbəsə sakini Xoşbəxt Məmmədovun “proxy” şəxs olduğu, adına onlarla MMC-lər təsis edildiyi və bu MMC-lərin dövlət satınalmalarında müxtəlif maxinasiyalarda istifadə edildiyi vurğulanır.
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

Aqromexanika İnstitutu 2022-ci ilin oktyabr ayının 19-da daha bir satınalmaya yekun vurub. “Elmi Tədqiqat xidmətləri” lotu üzrə keçirilən bu satınalmanın məbləği 14.867 manat, qanuni təmsilçisi isə “ƏLAMƏK” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“ƏLAMƏK” MMC 2022-ci ilin aprel ayının 15-də qeydiyyata alınıb. MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Faiq Yusifov, ev 69, qanuni təmsilçisi isə Məmmədov Faiq Harun oğludur.

Məmmədov Faiq Harun oğlunun adına rəsmiləşdirilən daha bir təşkilat – “DURBAN” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin dekabr ayının 19-da Aqromexanika İnstitutunun “Maşın və avadanlıqlar” lotu üzrə keçirdiyi satınalmada qalib edilib.
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

Hər iki MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumat yoxdur.

Şirkətlərin qanuni təmsilçisi Məmmədov Faiq Harun oğlunun da adına xeyli sayda təşkilatlar açıldığı bildirilir. “Vahid mərkəz” tərəfindən idarə edilən bu MMC-lərin də dövlət satınalmalarında şübhəli məqsədlərlə istifadə edildiyi iddia edilir.

Qlobal.az məsələ ilə bağlı Aqromexanika Elmi-Tədqiqat İnstitutundan mövqe öyrənib.
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

İnstitutun açıqlamasında deyilir: “2023-cü ilin avqust ayının 15 – də satınalmada iddiaçı qismində “AUTO MARKUA CO” MMC-dən başqa “ENKAMP” MMC və VENERA- 2023 təşkilatları da iştirak etmişdir. Məlumat üçün bildirirəm ki, hansı təşkilatın qalib olmasından asılı olmayaraq tərəfimizdən elmi – tədqiqat məqsədi ilə hazırlanacaq təcrübi maşının texniki- istismar göstəricilərinin lazımi tələbatı ödəməsi imkanları yoxlanılır. Tələbat ödənilmədikdə həmin təşkilata vəsait ödənilmir və müqavilə pozulur. Belə ki, “AUTO MARK UA CO” MMC təşkilatının ilkin olaraq satınalmada qalib olması bizim üçün əsas götürülmür. Onun texniki imkanları yoxlanılacaqdır. 3.İnstitutun 2022-ci ildə keçirdiyi satınalmaya gəldikdə isə məlum edirəm ki, qalib olan təşkilatlar tərəfindən nəzərdə tutulanlar vaxtında və tələbata uyğun olaraq yerinə yetirilmişdir”.

İlginc məqam isə budur ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutu keçirdiyi satınalmalar barədə verdiyi açıqlamada 2022-ci ildə keçirdiyi satınalmalara toxunmur. İnstitutun 2022-ci ildə keçirdiyi satınalmaalrın üzərindən “sükutla” keçməsi, qalib elan etdiyi MMC-lərin qanuni təmsilçisinin eyni şəxs olması, bu MMC-lərin fəaliyyətləri barədə heç bir məlumatın olmaması və ən əsası bu MMC-lərin dövlət satınalmalarında “otkad” məsələlərində istifadə edildiyi barədə iddiaları gücləndirmiş olur.

Aqromexanika Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin avqust ayının 15-də “Elmi Tədqiqat xidmətləri” lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi “AUTO MARK UA CO” Məhdud Məsuliyyətli Cəmiyyəti də qeyri-şəffaf təşkilatlardandır. Fəaliyyəti barədə açıq internet resurslarında heç bir məlumat verilməyən bu təşkilatın Aqromexanika Elmi-Tədqiqat İnstitutunun “elmi tədqiqat işləri”ndə hansı formada çalışacağı da ciddi suallar doğurur.

Qeyd edək ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutu keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli 28 saylı qərarı əsasında o zaman Respublikada fəaliyyət göstərən kənd təsərrüfatı elmi – tədqiqat institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu ( Az. ETKTMEİ ) adı altında yaradılıb.

Aqromexanika Elmi-Tədqiqat İnstitutu hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində fəaliyyət göstərir.
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

Kamil Fətəliyev

İnstitutun direktoru Fətəliyev Kamil Hətəm oğludur. Kamil Fətəliyev 20 ildir ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edir.

Zəfər Qurbanov

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovdur.
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

Kamal Yaqubov
İnstitututla şübhəli MMC-lərin “elmi tədqiqat” işbirliyi:

Xatırladaq ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun tender komissiyasına Kamal Yaqubov rəhbərlik edir. Kamal Yaqubov eyni zamanda Təcrübə-sınaq və təsərrüfat işləri üzrə direktor müavinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...