Cəlilabadda yüksək vəzifəli şəxslər həbs olundu - adları açıqlandı

Cəlilabadda yüksək vəzifəli şəxslər həbs olundu -
Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.

Əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...