"Trendyol Azərbaycan"dan şikayətlər çoxalır - karqo şirkətləri böhranla üzləşib

"Trendyol Azərbaycan"dan şikayətlər çoxalır -
"Trendyol’un yeni yaratdığı sistemdən xeyir görən var?

Ordaki operatorlar Azerbaycanlı olandan sonra mənim heç bir problemim həll olunmur,

Çat’da ya cavab yazmırlar ya da problemi həll edə bilmirlər. Mənim problemim isə nə ayın 1’i elədiyim nə də 11’i elədiyim sifarişlərimin heç birinin sms olaraq gəlməməsi və smartcustoms’a düşməməsidir. Mən nə edə bilərəm bu vəziyyətdə?"

Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vətəndaşlar yazırlar.

Son zamanlar şikayət səhifələrində "Trendyol Azərbaycan"dan məhsul sifariş edən vətəndaşların narazılıqları artıb. İstər elektron bəyyənamaələrin siistemdə görülməsi, qiymətləndirilməsi, istərsə də çatdırıma zamanı yaranan uzunmüddətli gecikmələr vətəndaşlar arasında ciddi narazılıqların yaranmasına səbəb olub.

Gundeminfo.az xəbər verir ki, son zamanlar belə şikayətlər artıb. Saytımıza danışan karqo daşıyıcı şirkətlərdən birinin əməkdaşı qeyd edib ki, iri daşıyıcılar qarşısında qoyulan tələblər kifayət qədər yüksəkdir. Daşıyıcılara "bu şərtlərə əməl etməsəniz bazarda olmayacaqsınız" kimi tələblər qqoyublar.

"Yüklərə tətbiq edilən tarifləri reklam xatiinə elə aşağı səviyyəyə gətiriblər ki, karqolar ziyana düşür. Əgər bu şərtlərə əməl etməsələr gələcəkdə "Trendyol Azərbaycan" da olmayacaqlar" deyə həmsöhbətimiz əlavə etdi.

İddialarla bağlı GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...