Bakıda yeni doğulan uşağı göstərmədilər, ata intihar etdi

Bakıda yeni doğulan uşağı göstərmədilər, ata intihar etdi
Bakıda özünü yandıran kişi ölüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ə.Hacıyev xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən özünü yandırıb.

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra bilinəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...