“Polis dedi ki, videonu silməsən, içəri basacağıq” - Naxçıvan sakini

“Polis dedi ki, videonu silməsən, içəri basacağıq” -
Naxçıvanda bəzi tənqidçi sosial şəbəkə iştirakçıları polisə çağırılaraq təhdid olunduqlarını bildiriblər.

Gundeminfo.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a onlardan bir qrupu məlumat verib.
Şikayətçilər deyib ki, polis onlardan tənqidi statusları silməyi və bir daha belə paylaşımları etməməyi tələb edir.
Babək rayon sakini Y. Hüseynov deyir ki, su problemi ilə bağlı “Facebook” prifilindəki paylaşımdan sonra polisə çağrılıb:
“Əkin sahəmə su verilməməsi ilə bağlı video çəkib paylaşmışdım. Bir gün sonra Babək rayon Polis Şöbəsinə çağırıldım, orada sorğu-sual etdilər. Dedilər ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaq Naxçıvanın adına ləkə gətirir, silməlisən. İstədim etiraz edəm, təhdid etdilər. Dedilər silməsən, içəri basacağıq. Məcbur qalıb sildim. Dedilər ki, Naxçıvanın inkişafından, təmizliyindən yaz”.

Şərur rayonundan olan digər şikayətçi bildirib ki, paylaşımından bir neçə saat sonra polis şöbəsinə çağrılıb:

“Problemimlə bağlı “Facebook”da paylaşım etdim. İki saat keçmədi, gəlib həyətimdən polis maşınına mindirib, şöbəyə apardılar. Bir otağa atdılar. Orada bir saata qədər gözlətdilər. Sonra iki nəfər polis əməkdaşı gəlib məni sorğu-sual etdi. Mübahisə etdim. Məni təhqir edib, həbs edəcəkləri ilə hədələdilər. Yazdığım statusu silməyi və bir daha “Facebook”da yazmamağı tapışırdılar”.
Qeyd ediulib ki, avqustun əvvəlində Babək rayon Nehrəm qəsəbə sakini Qulamhüseyn Məmmədov sədəqə şəklində toplanan pulların yüksək vəzifəli məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı mətbuata açıqlama verdikdən bir müddət sonra saxlanılıb, bir gün sonra psixoloji dispanserə salınıb. Məsələ ictimailəşdikdən sonra o, dispanserdən azad olunub
.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...