Dilqəmlə Şahbaz hələ Şuşada saxlanılır
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev hazırda Şuşa həbsxanasında saxlanılırlar.
Bu barədə Modern.az-a D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
K.Əsgərov mütəmadi olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə əlaqədə olduğunu deyib:
“Hər gün Komitənin əməkdaşı ilə danışıram. Mənə bildirirlər ki, vəziyyətləri stabildir. Saxlanma yerləri də əvvəlki yerdir. Amma yerin adını çəkmirlər. Biz bildiyimiz qədərilə atam Şuşadakı həbsxanadadır. Müharibə zonasına daxil olan ərazidə olduğundan atamdan çox nigaranam. Komitə rəsmiləri həmçinin bildirirlər ki, atamgilin təhlükəsizliyi təmin edilir”.
Girov oğlu əsir və girovların dəyişdirilməsi zamanı atasıgilin də azad olunacağına ümid etdiyini bildirib:
“Amma Komitə tərəfindən mənə dedilər ki, hələlik belə məsələ müzakirə edilmir”.
Tovuz döyüşlərindən sonra könüllü olaraq, orduya yazılan girov oğlu Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən çağırış gözlədiyini deyib:
“27 sentyabrda - II Qarabağ müharibəsi başlayanda Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən zəng etdilər və məni qeydiyyata aldılar. Nə vaxt çağırsalar, orduda xidmətə hazıram. Hamımız Azərbaycanın azadlığı üçün əlimizdən nə gəlirsə edəcəyik”.
570 dəfə oxundu