Məhkuma kartofun içində narkotik ötürmək istəyən şəxs tutuldu

Məhkuma kartofun içində narkotik ötürmək istəyən şəxs tutuldu


İstintaq təcridxanasına narkotik ötürmək istəyən şəxs yaxalanıb. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Bakı şəhəri, A.Ağayev küçəsi, ev 50 ünvanında yaşayan vətəndaş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş, sellofana bükülmüş, xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...