Cəlilabadda zəncirvari yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Cəlilabadda zəncirvari yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb


Cəlilabadda zəncirvari yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 8-də Ələt-Astara magistralının rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonunun Gülməmmədli kənd sakini Ağasəm Səfərovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən hərəkətdə olan traktora, daha sonra Cəlilabad rayon sakini Elçin Muradovun idarə etdiyi "VAZ-2109" markalı minik avtomobilinə çırpılıb.

Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış hər iki minik avtomobilin sürücüsü, eləcə də "VAZ-2109"-un sərnişini Razi Xəlilov ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Elçin Muradovu xilas etmək mümkün olmayıb. Tibbi yardımlara baxmayaraq, digər iki yaralının da vəziyyəti hələlik ağır olaraq qalır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...