Rusiyada azərbaycanlı təcili yardım həkimlərini döydü

Rusiyada azərbaycanlı təcili yardım həkimlərini döydü



Peterburqda “Şöhrət” prospekti, 52-də günboyu işləyən mağazada azərbaycanlı tibbi yardım göstərməyə gələn iki qızı döyüb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i şahidlərin sözlərinə istinadən məlumat yayıb. Xəbər verildiyi kimi, hadisə fevral ayının 3-də gündüz saatlarında baş verib. Azərbaycanlı kişi huşunu itirib, onun üçün təcili tibbi yardım çağırılıb. Çağırış üzrə təcili yardım gəlib, briqdanın tərkibində iki qız olub.

İlkin məlumata görə, özünə gələn kişi heç bir səbəb olmadan ona yardım edən təcili tibbi yardım həkimlərini döyüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları çağırılıb. Bundan sonra daha öncə huşunu itirən kişi və təcili yardım həkimləri xəstəxanaya yerləşdirilib. Hazırda baş verən fakt üzrə araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...