Lənkəranskinin “taclandırdığı” “qanuni oğru” həbs edildi

Lənkəranskinin “taclandırdığı” “qanuni oğru” həbs edildi


Rusiya DİN-in Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən gürcü “qanuni oğru” Serqo Tsotsxalaşvili (Zura Kaxetinets) saxlanılıb. Aznews.az xarici mediaya istinadən xəbər verir ki, axtarış zamanı onun üzərində 4,5 qr “amfetamin” aşkarlanıb. Böyük miqdarda narkotik vasitə gəzdirdiyinə görə, “qanuni oğru”nu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, bundan öncə həbs olunmayan Zura 2014-cü ilin yazında “taclandırılıb”. Onun “taclanma” mərasimi Türkiyədə baş tutub. Mərasimdə Türkiyədə uzun müddət məskunlaşan Rövşən Lənkəranski, Merab Baxiya, Teymuraz Çuradze və başqaları iştirak edib. Daimi yaşayış yeri üzrə Zuranı Piter “qanuni oğru”larının korifeylərindən olan Saçino Qeqerkori müsbət xarakterizə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...