Kredit borcuna görə özünü yandırdı

Kredit borcuna görə özünü yandırdı


Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu bu gün səhər saatlarında özünü məktəbin qazanxanasında yandırıb. Virtualaz.org saytının Neftçala şəhər sakinlərindən əldə etdiyi məlumata görə, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub.

Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş.Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri alan Alik Novruzov hazırda Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun yaşamaq şansının çox az olduğunu deyiblər. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...