Xəzərdə 8 balıqçı itkin düşüb

Xəzərdə 8 balıqçı itkin düşüb


Xəzərin Dağıstan ərazisində iki qayıqda olan 8 balıqçı itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfər fəlakətlə üzləşib. Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb ediılib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...