Daha bir iş adamı haqda axtarış verildi - Azərbaycanda

Daha bir iş adamı haqda axtarış verildi -


Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...