Ruhulla Axundzadənin oğlu həbs olundu
Qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbc olunan, Azərbaycan İslam partiyasının üzvü, Ruhulla Axundzadənin oğlu həbs edilib. Bu barədə Trend-ə Ruhulla Axundzadənin ailəsindən məlumat veriblər.
R.Axundzadənin oğlu Məhəmmədəli Axundzadə Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M.Axundzadə barəsində Cinayət Məcəlləsinin 134.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, Azərbaycan İslam Partiyasının üzvü Ruhulla Axundzadə 2011-ci ildə saxlanılıb. Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində onun həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd "Naqan" tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd F-1, 4 ədəd RQD-5 tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd RQD-5 tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
Ruhulla Axundzadə barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1119 dəfə oxundu