Səbuhi Səlimov SEPAH tərəfindən “Kərbəlayi” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilib - İTTİHAM

Səbuhi Səlimov SEPAH tərəfindən “Kərbəlayi” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilib -
Sosial şəbəkələrdə “Hüseynçi” ləqəbi ilə tanınan və radikal dindar kimi təqdim olunan Səbuhi Səlimovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, ittihama aktına əsasən, Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Səbuhi Səlimov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət edib.

Belə ki, təqsirləndirilən şəxs Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 2011-ci ilin 19-28 dekabr tarixlərində İranın Ərdəbil şəhərində olarkən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH-ın nümayəndəsi Vəli Cabbari və digərləri tərəfindən əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş evdə “Kərbəlayi” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilib.

Məxfi əməkdaşlığa dair razılığını bildirdikdən sonra Vəli Cabbarinin tapşırığı ilə Səbuhi Səlimov xüsusi xidmət orqanı nümayəndələri tərəfindən təhlükəsizlik təlimatları ilə bağlı təlim keçib və ona Azərbaycanın Ədliyə Nazirliyi Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş, İran xüsusi xidmət orqanının təsiri altında olan “Azərbaycan İslam Partiyası” adlı təşkilatın fəaliyyətini davam etdirməsi, dindar gəncləri, o cümlədən informasiya texnologiyaları sahəsində bilik və bacarıqları olan şəxsləri həmin təşkilata üzvlüyə cəlb etməklə fəaliyyətinin genişləndirilməsi, etibarlı ola biləcək gənclərin seçilərək İran ərazisində təşkil edilən kurslara və təlimlərə cəlb etməklə xüsusi xidmət orqanlarının əlaqəsinə verilməsi, Azərbaycanın hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşlarından etibarlı ola biləcək dindar şəxslərin müəyyən edilərək onların əlaqəsinə çıxarılması, xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Azərbaycanda dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə, özlərinə və ailələrinə maddi yardımların edilməsi, həmin şəxslərin həbsinə etiraz olaraq və dövlət əleyhinə yönəlmiş digər aksiya və mitinqlərin keçirilməsi barədə və sair hallara dair tapşırıqlar verilib.

Bundan başqa, o, casusluq etmək məqsədilə İran xüsusi xidmət orqanı olan SEPAH-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2011-2021-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərməklə, Azərbaycanda dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərin özlərinə və ailələrinə maddi yardımlar etməklə, həmin şəxslərin həbsinə etiraz aksiyaları, eləcə də xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, “Qüds günü” ilə bağlı Bakı şəhərində Bibiheybət məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyi və Şəhidlər Xiyabanı qarşısında təxribat xarakterli, dini "ayrı-seçkilik şüarları ilə müşaiyət edən, Azərbaycan Respublikasında dünyəvi dövlət ideyalarına, dövlət hakimiyyət orqanlarının qanuni fəaliyyətinə, Azərbaycan Respublikasının digər dövlətlərlə olan münasibətlərinə kölgə salan icazəsiz kütləvi aksiyaların təşkilində iştirak etməklə, 2018-ci ilin iyun ayında öz yaşayış evində müxtəlif dövlətlərin bayraqlarının yandırılmasını təşkil edərək qeydə alınmış videogörüntüləri yaddaş qurğusunda hesabat məqsədi ilə dövlətə xəyanət və digər cinayət əməllərinin törədilməsinə görə barəsində beynəlxalq axtarış elan edilmiş İran ərazisində gizlənən İran xüsusi xidmət orqanı SEPAH-ın əlaqəsində olan şəxsə göndərməklə, 2021-ci ilin avqust ayında yaşayış evində “Aşura” günü ilə əlaqədar dini yığıncaq adı altında dini ayrı-seçkilik, Azərbaycana qarşı düşmənçilik xarakterli şüarlar ilə müşaiyət olunan hərəkətlər təşkil edib videoçəkilişini aparıb yaymaqla və aldığı digər tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2012-ci ilin mart ayının 03-dən 2021-ci ilin iyun ayının 26-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə verməklə dövlətə xəyanət edib.

Məhkəmə iclasında Səbuhi Səlimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Ona elan edilmiş ittiham, həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə vermək təklif olunsa da, o, məhkəmədə ifadə vermək istəmədiyini deyib.

Bununla əlaqədar, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edilib. Həmin ifadələrində təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə elan olunmuş ittiham özünü təqsirli bilməyərək göstərib ki, o, 2015-ci ilədək Azərbaycan İslam Partiyasının üzvü olmaqla orada sürücü işləyib, partiyanın sürücüsü kimi ona 2011-2014-cü illər ərzində Azərbaycan İslam Partiyasının sədrinin birinci müavini işləmiş şəxs tərəfindən hər ay 300 manat əmək haqqı qismində pul verilib. Həmin şəxslə çox yaxşı münasibəti və əlaqələri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...