"SOCAR Türkiyə-də işləmir” - Etibar Məmmədov

"SOCAR Türkiyə-də işləmir” -
Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsi barədə məlumatlar yayılıb.

Gundeminfo.az Modern.az-a istinadən xəbər verir ki, partiya lideri sayta açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, SOCAR Türkiyə-də işləmir”, - E.Məmmədov deyib.

Qeyd edək ki, Etibar Məmmədovun 2 oğlu, 1 qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir. Kiçik oğlu Ayxan Məmmədov isə AMİP Gənclər Təşkilatının sədridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...