Ağsu sakinin sosial yardımı kəsildi - inanılmaz səbəb - VİDEO
Ağsu rayon sakini Cavid Məmmədzadə kanalımıza müraciət edib. Bildirib ki, ona məxsus olan torpaq sahəsinə VOEN açdırıb. Cavid Məmmədzadəyə bu ilin fevral ayında ünvanlı sosial yardım təyin edilib. Lakin iyun ayında yardımın verilməsi xəbərdarlıq edilmədən dayandırılıb.
Yardımın kəsilməsinə səbəb isə torpaq üçün vergini ardıcıl ödəməməsi olub. Hansı ki, Cavid Məmmədzadə torpaq üçün verginin 10 ayını qabaqcadan ödəyib. Elə bu qabaqcadan ödəməsi də yardımının kəsilməsinə səbəb olub.
İndi Ağsu sakini Dövlət Başçısına müraciət edərək onun sosial yardımının bərpa edilməsi üçün kömək istəyir. Gundeminfo.az-a müraciət edən Ağsu Sakini deyir ki, məhz torpaq vergisini aybay deyil, birdəfəlik ödəməsi onun yardımının kəsilməsinə səbə olub. Eyi zamanda ona yardıma təkrar müraciət etmək üçün sistemə daxil olmaqla bağlı məhdudiyyət də qoyulub.
Cavid Məmmədzadə müraciətində məhdudiyyətin aradan qaldırılmasını, 2 azyaşlı övladının yaşaması üçün ünvanlı sosial yardımının bərpa olunmasını istəyir.
Vətəndaşın müraciəti ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mövqeyini yayımlamağa hazırıq.
521 dəfə oxundu