Vaksindən sonra niyə ağrılar olur? - Ramin Bayramlıdan AÇIQLAMA
“Vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir”.
Gundeminfo.az-ın məlumatına görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Twitter"də paylaşım edib.
O qeyd edib ki, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir:
“Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik”.
774 dəfə oxundu