Sabunçuda evdə 30 yaşlı qadın meyiti tapıldı

Sabunçuda evdə 30 yaşlı qadın meyiti tapıldı

Azərbaycan Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, həmçinin Sabunçu rayonunda 1990-cı il təvəllüdlü qadının meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...