Vaksin vurdurmaq istəyənlər arasında sıxlıq yaranıb - SƏBƏB

Vaksin vurdurmaq istəyənlər arasında sıxlıq yaranıb -

Bu gün sosial şəbəkələrdə bəzi poliklinikalarda vaksin vurdurmaq üçün gələn vətəndaşlar arasında sıxlıq yaşanıb.

Vaksin üçün müraciət növbəlilik prinsipi ilə həyata keçirilsə də, bəzi poliklinikaların həyətində sosial məsafənin qorunmadığı aydın görülür.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bəzi poliklinikalarda sıxlıqla bağlı Oxu.Az-ın sorğusuna cavab verib. Bildirilib ki, operativ qərargahın sonuncu brifinqindən sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb.

Problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir:

“Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır. Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.

Qeyd edək ki, bu gün 1 saylı Kliniki Tibbi Mərkəzin həyətində vaksin vurdurmaq üçün gələnlər arasında sosial məsafənin qorunmaması, yaranan sıxlıq müzakirələrə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...