Zakir Qaralov vətəndaşları online qəbul edəcək

Zakir Qaralov vətəndaşları online qəbul edəcək

Baş prokuror Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba Rayon Prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcək.

GUNDEMİNFO.AZ Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...