“Orada mütəxəssis yoxdur” - Nazirliyə qarşı SƏRT İTTİHAM
“Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Akif Nəsirli deyib. O, bildirib ki, yerli kərə yağının ixracı olduqca baha başa gəlir:
“Bunun üçün kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bizim ölkədə çox maraqlı tendensiya var. Enerji daşıyıcıları ölkəsi olsaq da, enerji daşıyıcılarının qiymətini ilbəil artırırıq. Məsələn, götürək elə kərə yağını. Gəlin hesablayaq. 1 kiloqram kərə yağı istehsal etmək üçün 25 kiloqram həcmində 3.6 faiz yağlılığa malik təzə süd lazımdır. 1 litr südün qiyməti ən aşağısı 1 manat 60 qəpikdir. Lap kənddəki fermadan 1 manata alaq. Bu qiymətdən alsaq belə, 1 kiloqram yağın xammalı 25 manat edir. Üstəgəl bunun emal, istehsal xərcləri də var. Azərbaycanda kərə yağının xammalının maya dəyəri 25 manatdan yuxarıdır. Belə olan halda, Azərbaycan daxilində kərə yağının istehsalı sərfəlidirmi? Əlbəttə sərfəli deyil. İrandan gələn kərə yağının gömrük qiyməti 8 manat 27 qəpikdir. Azərbaycanda kənd təsərrüfatında istifadə olunan dizel yanacağının litri 1 manatdır. İranda isə dizel yanacağının qiyməti 2 qəpikdir. İranda təzə südün 1 litri 25-30 qəpikdir. Bununla hesablayanda bizdə kərə yağının maya dəyəri 25 manat, İranda isə 3 manat 15 qəpikdir. Heyvandarlığın digər məhsulları da bu formadadır”.
Ekspert vurğulayıb ki, ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır:
“Keçək ət məsələsinə. İdxal olunan məhsullar siyahısında ət də xüsusi yer tutur. Biz 2000-ci ildən başalayaraq, örüş yerlərini mədudlaşdırmağa başladıq. Bunun ardınca hökumət pambığı strateji məhsul elan etdi. Həmin pambığın 60-70 faizi dövlət fonduna aid olan örüş ərazilərində əkildi. Ardınca aqroparklar yaradıldı. Ölkədə örüş yerləri sıradan çıxdı. Buna görə də heyvandarlıqla məşğul olan fermerlər başladılar heyvanları qapalı şəraitdə saxlamağa. İribuynuzlu heyvanı da, xırdabuynuzlu hevanı da. Örüş olanda 1000-2000 qoyun saxlayan fermer, qapalı şəraitdə uzaq başı 150-200 qoyun saxlaya bilir. Üstəlik onlara bütün günü yem verməlidir. Həm say məhdudlaşır, həm də maya dəyəri artır. Ona görə də ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır”.
İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycanda buğda sortları seleksiya edilmir:
“Buğdanın birinci problemi su problemidir. Ölkə ərazisində formalaşdırılan suvarma suyu bölüşdürülmədiyindən əkinlə məşğul olanların bir çoxuna çatmır. Su idarə edilmədiyinə görə, su qıtlığı yaşanır. Bakının yaxınlığında, Hacıqabulda 10 min hektarlarla ərazi suvarılmadığına görə ümumiyyətlə becərilmir. Həmin ərazilərdə sovet dövründə taxıl əkilirdi. Digər problem isə Azərbaycanda seleksiya işi ilə məşğul olan qurum yoxdur. Azərbaycana uyğun taxıl sortları yaradılmalıdır. Kanadada 70-80 sentner məhsuldarlıq verən buğdanı Azərbaycana gətirəndə məhsuldarlıq 25-30 sentnerə düşür. Çünki iqlim əlverişli deyil. Haradan gətirilməsindən asılı olmayaraq, həmin buğda seleksiya yolu ilə Azərbaycan şəraitinə uyğunlaşdırılmayıbsa, gözlənilən məhsuldarlığı verməyəcək. Üstəlik bu cür buğdadan alınan unun keyfiyyəti aşağı olur. Bütün bunları Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir. Nazirlikdə mütəxəssis yoxdur. Onlar bu sahələrlə bağlı plan qurmalıdır və həmin planı hökumətə təqdim etməlidir. Kənd təsərrüfatına cavabdeh olan nazirlik Tarif Şurası qiyməti qaldıranda etiraz etməlidir ki, bu bizim sahəyə ziyandır. Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”.
2025-ci ilin ilk 5 ayında Azərbaycanın ümumi mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artaraq 7,3 milyard dollardan 9,96 milyard dollara çatıb. Beləliklə, ümumi idxalda 2,66 milyard dollar və ya 36,5% artım qeydə alınıb. Azərbaycandan xaricə ən çox valyuta çıxaran məhsulların siyahısında buğda, süd-qaymaq, çay və meyvə-tərəvəz yer alır.
51 dəfə oxundu