Şəkidə tender oyunu
Şəki Şəhər İcra Hakimiyyəti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işləri ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Elşən” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 709 880,09 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Elşən” MMC 19 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqin ünvanı Tərtər rayonu, Cavanşir küçəsi, ev 3-də yerləşir. MMC-nin qznuni təmsilçisi Bayramov Əliqulu Əli oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Şirkətin hazırda 306 manat vergi borcu var. Bundan başqa, 2023-cü ildə “Elşən” MMC-yə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib.
Adına heç yerdə rast gəlinməyən hətta əlaqə telefonları və internet səhifəsi olmayan bir şirkətin iri məbləğli tenderdə qalib seçilməsi müəyyən şübhələrə yol açır. Çünki adətən bu tip şirkətlər tender oyunlarında istifadə edilir.Qaynarinfo
46 dəfə oxundu